Mühasibatlıq və Konsaltinq Xidmətləri - Mühasibat uçotunun düzgün qurulması istənilən müəssisənin uğurlu inkişafının zəmanətidir. Eləcə də düzgün qurulmuş mühasibat uçotu dövlət nəzarət orqanlarının şirkətə qarşı hər hansı iddia qaldırmasını önləyir.
Ən kiçik səhv belə çox ciddi mübahisələrə səbəb olur və hətta təcrübədən də göründüyü kimi uzun müddət davam edən məhkəmə proseslərinə qədər aparır. Məhz bu səbəbdən mühasibat uçotunun qurulması ilə ixtisaslı mütəxəssis məşğul olmalıdır.