Biz kimik və nə işlər görürük?

Star Line Group MMC – şirkəti öz fəaliyyətinə Bakı şəhərində başlamışdır. Şirkətin fəaliyyəti əsasən iki istiqaməti əhatə edir.

Lidershin Təkər Mərkəzi – bütün növ yük, minik, tikinti texnikaları və kənd təsərrüfatı avadanlıqları üçün təkər, akkumulyatorların nəğd və köçürmə yolu ilə satışını təklif edir. Təkər brendlərimiz - LASSA, PETLAS, BİLLAS, ANNAITE/AMBERSTON, AEOLUS. Akkumulyator brendlərimiz - VARTA, İNCİ, X-POWER, GROSSO, TURBO.

Xidmətlərimiz:

∙ Şinlərin sökülməsi və quraşdırılması.

∙ Şinlərin yamanması.

∙ Yük və minik avtomobilləri şinlərinin balanslaşdırılması.

∙ Təkərlərin səyyar təmiri.

∙ Akkumulyatorların təmiri.

IT və Proqramlaşdırma Xidmətləri - Ölkəmizdə istehlakçıların çox yüksək sürətlə digital aləmə keçid dövrünü yaşaması şirkətlərin bu imkandan yararlanmasını labüd edir. Artıq Google, YouTube, Instagram və bir çox veb saytlar insanlar üçün araşdırma, əyləncə, təhsil və informasiya mənbəyinə çevrilmişdir. Buna görə də, dünyada artıq ənənəvi reklamı üstələyən digital reklam ölkəmizdə də artan trendlə müşahidə olunmaqdadır. Digər tərəfdən çox sürətlə inkişaf edən digitallaşma dövrü ilə ayaqlaşa bilmək son dərəcə peşəkarlıq və yenilik tələb edir.

Mühasibatlıq və Konsaltinq Xidmətləri - Mühasibat uçotunun düzgün qurulması istənilən müəssisənin uğurlu inkişafının zəmanətidir. Eləcə də düzgün qurulmuş mühasibat uçotu dövlət nəzarət orqanlarının şirkətə qarşı hər hansı iddia qaldırmasını önləyir. Ən kiçik səhv belə çox ciddi mübahisələrə səbəb olur və hətta təcrübədən də göründüyü kimi uzun müddət davam edən məhkəmə proseslərinə qədər aparır. Məhz bu səbəbdən mühasibat uçotunun qurulması ilə ixtisaslı mütəxəssis məşğul olmalıdır.

Bizi digər şirkətlərdən fərqləndirən cəhətimiz ilk növbədə müştərilərin ehtiyacını və marağlarını qoruyub saxlamağımızdır. Müştərilərimizin məmnuniyyəti fəaliyyətimizin ən yaxşı nəticəsidir. Biz müştərilərimizə yüksək keyfiyyətli, mövcud bütün standartlara uyğun xidmət, münasib qiymət, nağdsız hesablaşma imkanı və etibarlı iş birliyi təklif edirik.